Azərbaycanlı Xasay Avropa çempionatının yarımfinalına yüksəldi

14 Mart 2023 01:40 Güləş 834
Azərbaycanlı Xasay Avropa çempionatının yarımfinalına yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Həsənli (77 kq) təsnifatda Şahan Acarı (Türkiyə), 1/4 final mərhələsində Aistis Liaugminası məğlub edib.

O, finala gedən yolda Mukuta Politayevlə (Ukrayna) üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulan Rahim Həsənov (55 kq), Ziya Babaşov (63 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində uduzublar. Onlar yalnız rəqibləri finala yüksələcəyi təqdirdə təsəlliverici qarşılaşmada iştirak edəcəklər.

Avropa çempionatı martın 19-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar