"Qələbə qazanmalı idim, xarakter göstərmək lazımdır"

11 Noyabr 2022 03:30 Güləş 406
"Qələbə qazanmalı idim, xarakter göstərmək lazımdır"

“Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərov Bakıda keçirilən Dünya Kubokunun finalında iranlı Danial Seyid Söhrabiyə qalib gəldiyi görüş haqda deyib.

67 kq çəki dərəcəsində çıxış edən idmançı qarşılaşmanın çətin keçdiyini bildirib.

Cəfərov hesabda geri düşsə də, qalib gədiyini xatırladıb:

“Xarakter göstərmək lazımdır. Hesabda geriyə düşsən də, irəli keçməlisən. Güləş bunu tələb edir”.

Digər Xəbərlər
Xəbər Lenti