"O, zəif deyildi, təcrübə hesabına qalib gəldim"

7 Noyabr 2022 03:10 Güləş 499
"O, zəif deyildi, təcrübə hesabına qalib gəldim"

"Təcrübə hesabına qalib gəldim".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçirilən Dünya Kubokunun finalında iranlı Poya Marza qalib gəldiyi görüşdən sonra deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı qarşılaşmanın gərgin keçdiyini bildirib:

"İranlı rəqibim zəif deyil. Bir ay bundan əvvəl 23 yaşadək güləşçilər arasında dünya çempionu olub.

Gənc idmançıdır. Bu il artıq çox yarışda güləşmişik. Amma İran millisi gənc və istirahət etmiş kollektivdir. Buna görə bir az nisbətən çətin keçdi".

Əzizli komandada bir az yorğunluğun olduğunu etiraf edib:

"Ardıcıl çox yarışda iştirak etmişik. Dünya çempionatından az müddət sonra bu turnirdə mübarizə aparırıq. Bu səbəbdən hazırlıq tam istədiyim kimi getməyib".

Digər Xəbərlər
Xəbər Lenti