Komandada çoxlu xəstə aşkarlandı, Bakıya gəlmək mümkün olmadı

3 Noyabr 2022 02:30 Güləş 873
Komandada çoxlu xəstə aşkarlandı, Bakıya gəlmək mümkün olmadı

Serbiya millisi Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.

Turnirdə 5 komanda - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığması iştirak edəcək. Serbiya millisi ilə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.

Dünya kuboku yarışı noyabrın 4-6-da Bakı İdman Sarayında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti