Bu, bizə kömək edəcək - Hər kəs işin ciddiyyətinin fərqindədir”

28 Oktyabr 2022 16:20 Güləş 392
Bu, bizə kömək edəcək - Hər kəs işin ciddiyyətinin fərqindədir”

“Güləşçilərimiz yaxşı formadadırlar və yarışa hazırdırlar.

Hər kəs öz məsuliyyətini anlayır və işin ciddiyyətinin fərqindədir”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi Aleksandr Tarakanov Bakıda keçiriləcək Dünya Kuboku haqqında danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, idmançılar Dünya Kubokunun nə qədər önəmli yarış olduğunu başa düşürlər:

“Hamı qələbəyə köklənib. Baxmayaraq ki, qrupumuzda çox güclü komandalar yer alıb.

İstər dünya yığması, istərsə də Serbiya komandası olduqca yaxış təsir bağışlayır. Uşaqlar kimlərlə mübarizə aparacaqlarını yaxşı bilirlər”.

Tarakanov ev sahibi amilinin onların xeyrinə işləyəcəyini də qeyd edib:

“Bu, bizə kömək edəcək. Avropa və dünya çempionatında da yaxşı çıxış etdik.

İndi isə ikiqat əzm, ikiqat güclə mübarizə aparmalıyıq. Həm özümüz, həm də bütün ölkə vətəndaşları üçün “vuruşacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı