Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb - VİDEO

23 Oktyabr 2022 03:00 Güləş 561
Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb - VİDEO

Sportinfo.az xəbər verir ki, noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun biletləri satışa çıxarılıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk dəfə paytaxtda keçiriləcək yarışın biletlərini onlayn qaydada “iTicket.az” saytından əldə etmək mümkündür.

Biletlər 3 sessiya üzrə satılacaq. Yarışın ilk günü üçün biletlərin qiyməti 3, ikinci günü üçün isə 5 AZN təşkil edir.

Sessiyaların proqramı belədir:

I sessiya

5 noyabr

10:00-12:30

A qrupu: Türkiyə - İran

B qrupu: Azərbaycan – Serbiya

II sessiya

5 noyabr

16:00-22:00

Açılış mərasimi

A qrupu: İran - Qırğızıstan

B qrupu: Serbiya – Dünya yığması

A qrupu: Türkiyə - Qırğızıstan

B qrupu: Azərbaycan – Dünya yığması

III sessiya

6 noyabr

17:00-20:30

Bürünc medal uğrunda görüş

Final

Aşağıdakı linkə daxil olub, biletləri almaq mümkündür:
https://iticket.az/events/sport/greco-roman-world-cup

Qeyd edək ki, Dünya Kuboku noyabrın 6-da başa çatacaq. Bilet satışı hər sessiya üçün yalnız 1, 2, 4 və 5-ci zonalara həyata keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti