Qurban Qurbanov İspaniyaya getdi, dünya çempionu kimi qayıtdı - FOTOLAR

20 Oktyabr 2022 11:00 Güləş 646
Qurban Qurbanov İspaniyaya getdi, dünya çempionu kimi qayıtdı - FOTOLAR

İspaniyanın Pontevedra şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün yunan-Roma güləşində 72 kq. çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Qurban Qurbanov final görüşünə çıxıb.

Güləşçimiz həlledici qarşılaşmada xorvatiyalı Pavel Puklavetslə üz-üzə gəlib. Rəqibini 8:2 hesabı ilə məğlub edən Qurban Qurbanov dümya çempionatında qızıl medal qazanıb.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.

.


Güləşçilərimiz U-23 dünya çempionatında 1 qızıl və 2 gümüş medal qazandılar

Digər Xəbərlər
Xəbər Lenti