Azərbaycanlı Nihad finalda uduzdu - Dünya çempionatı

19 Oktyabr 2022 02:30 Güləş 469
Azərbaycanlı Nihad finalda uduzdu - Dünya çempionatı

İspaniyanın Pontevedra şəhərində güləş üzrə gənclər arasında (U-23) dünya çempionatı keçirilir.

Sportinfo.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın yunan-Roma güləşçiləri üç medal qazana bilər.

Nihad Quluzadə (55 kq) finalda məğlub olub. Ziya Babaşov (63 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

​Bundan əvvəl onların komanda yoldaşları Nihat Məmmədli (60 kq) və Qurban Qurbanov (72 kq) döşəkçə üzərinə çıxıb. Onların hər ikisi qalib gələrək finala yüksəliblər. Bu görüşlər sabah baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti