Azərbaycanda ilk dəfə keçiriləcək Dünya Kubokunun püşkü atıldı - FOTO

8 Oktyabr 2022 02:50 Güləş 1 744
Azərbaycanda ilk dəfə keçiriləcək Dünya Kubokunun püşkü atıldı - FOTO

Noyabrın 5-6-da ölkəmizdə ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışda Serbiyada baş tutmuş son dünya çempionatında ilk “5-lik”də yer alan milli komandalarla yanaşı, dünya yığması (all star) iştirak edəcək.

Dünya Güləş Birliyi tərəfindən püşkatma mərasimi keçirilib və 6 iştirakçı 2 qrupa bölünüb.

Millimiz B qrupunda Serbiya və dünya yığması ilə mübarizə aparacaq. A qrupunda isə Türkiyə, İran və Qırğızıstan yer alıb.

Reqlamentə əsasən, noyabrın 5-də qrup mərhələsinin görüşləri baş tutacaq.

Qruplarda 1-ci yeri tutan komandalar finala yüksələcək. İkinci pillədə qərarlaşan komandalar isə 3-cü yer uğrunda görüşə vəsiqə qazanacaq. Həlledici qarşılaşmalar noyabrın 6-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar