Ermənini göydə “oynadan” Taleh: “Onlara məğlub olmamış gedəcəm” - VİDEO

16 Sentyabr 2022 00:50 Güləş 923
Ermənini göydə “oynadan” Taleh: “Onlara məğlub olmamış gedəcəm” - VİDEO

Belqraddakı dünya çempionatında ermənistanlı Qraçya Poqosyana qalib gələrək bürünc medala yiyələnən Taleh Məmmədov görüşdən sonra müsahibə verib.

Sportinfo.az xəbər verir ki,o, indiyə qədər erməni rəqibinə uduzmadığını deyib.

“Karyeramı bu il sonlandırsam, başıdik, erməniyə məğlub olmamış gedəcəyəm”, - deyə T.Məmmədov qeyd edib.

Bürünc medal sahibi qazandığı qələbəni komandiri şəhid Elçin Mansurova həsr etdiyini deyib.

Qeyd edək ki, 63 kq-da mübarizə aparan Taleh turnirə 1/8 finaldan start verib. O, bu mərhələdə latviyalı Aleksandrs Yunksarnsa qalib gəlib.

1/4 finalda kubalı Luis Alberto Orta Sançezi məğlub edən pəhləvanımız yarımfinalda yerli idmançı Sebastyan Nada rəqib olub.

Burada uduzan yunan-Roma güləşçimiz bürünc medal uğrunda ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb və 10-4 hesablı qələbə qazanıb.

Əlavə edək ki, hazırda millimizin aktivində beş medal var. Dünya çempionatına sentyabrın 13-də yekun vurulacaq.

Ətraflı videonu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi