Daha iki azərbaycanlı qadın mübarizəyə başlayır - Dünya çempionatında

13 Sentyabr 2022 10:00 Güləş 405
Daha iki azərbaycanlı qadın mübarizəyə başlayır - Dünya çempionatında

Azərbaycanın daha iki qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Leyla Qurbanova 1/8 final mərhələsində Yuliya Leorda (Moldova) ilə üz-üzə gələcək.

65 kq-dakı Elis Manolova 1/4 finalda Aslı Demir (Türkiyə) / Jia Lonq (Çin) cütünün qalibi ilə görüşəcək.

Bu gün həmçinin üç güləşçi təsəlliverici görüşə qatılacaq. Yunan-Roma güləşçilərindən 60 kq-dakı Murad Məmmədov Yustias Petraviçyus / Ahmed Mahmud (Misir) duelinin güclüsü ilə, 130 kq-dakı Sabah Şəriəti Alimxan Sidikovla (Qazaxıstan), qadın güləşçilərdən 62 kq-dakı Tatyana Omelçenko Xiaojuan Luo (Çin) ilə güləşəcək.

Daha əvvəl 5 yunan-Roma güləşçisi medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!