BİLİNDİ - Millimizin dünya çempionatı üçün heyəti

9 Sentyabr 2022 03:50 Güləş 988
BİLİNDİ - Millimizin dünya çempionatı üçün heyəti

Sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, mundialın son günlərində sərbəst güləş üzrə millimiz mübarizəyə qoşulacaq.

Olimpiya Güləş Mərkəzində yığma komandanın üzvləriylə görüş keçirilib.

Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, millinin baş məşqçisi Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, olimpiya çempionu Toğrul Əsgərov və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov idmançılara məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıb. Daha sonra heyət açıqlanıb.

Dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədov (125 kq) ölkəmizi təmsil edəcək.

Sentyabrın 14-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Coşqun, Əşrəf, Abubakr və Aydın yarışa start verəcək. Ayın 16-da Əliabbas, Turan və Osman, ayın 17-də isə İslam, Hacı və Maqomedxan xalça üzərinə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"