Mikayıl Cabbarov: “23 medal Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”

14 Avqust 2022 01:10 Güləş 782
Mikayıl Cabbarov: “23 medal Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”

“V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə yadda qaldı.

İslamiadada 8-i qızıl olmaqla, ümumilikdə 23 medal qazanan pəhləvanlarımızın göstərdiyi yüksək nəticə Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”.

Sportinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov tviter hesabında yazıb.

“Bu əzmkar qələbə ilə komandamıza və ölkəmizin layiqincə təmsil olunmasına mühüm töhfə verən güləşçilərimizi və məşqçi heyətini təbrik edirik”, - nazir əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar