"Bunu təbii qarşılamaq, qıcıqlanmamaq lazımdır"

13 Avqust 2022 00:50 Güləş 619
"Bunu təbii qarşılamaq, qıcıqlanmamaq lazımdır"

"Əsas gücümü ikinci hissəyə saxlamışdım. Rəqibin parterdə mən heç nə edə bilməyəcəyini bilirdim".

Sportinfo.az xəbər verir ki, bunu V İslam Həmrayliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.

55 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı finaldakı rəqibi olan özbəkistanlı Jasurbek Ortikboyevin bir epizodda onun qolunu dişləmək istəməsinə münasibət bildirib:

"Güləşdir, hər şey ola bilər. Dişi qoluma dəydi. Bunu təbii qarşılamaq, qıcıqlanmamaq lazımdır.

Əks halda, nəzarəti itirə bilərsən. İslamiadaya qələbə niyyəti ilə gəlmişdim. Şükürlər olsun ki, arzuma çatdım".

Əzizli 10 - 18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatındakı hədəfini də açıqlayıb:

"Azərbaycanın yunan-Roma güləşi tarixində 2 qat dünya çempionu yalnız Fərid Mansurovdur. Mən bu sevinci bir dəfə yaşamışam. Məqsədim ikinci dəfə dünya çempionu olmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!