İki azərbaycanlı dünya çempionatının finalına yüksəldi

26 İyul 2022 10:00 Güləş 1 045
İki azərbaycanlı dünya çempionatının finalına yüksəldi

Azərbaycanın 2 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 55 kq-da Fəraim Mustafayev və 80 kq-da İsmayıl Rzayev qızıl medal uğrunda yarışacaqlar.

Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, hindistanlı Surac Surac və türkiyə Alperen Berberlə üz-üzə gələcəklər.

48 kq çəki dərəcəsində yer alan Səid Xəlilov, 65 kq-dakı Əli Əlizadə və 110 kq-da çıxış edən Məzahim Mərdanov isə bürünc medal uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri hələlik dəqiqləşməyib.

Dünya çempionatına iyulun 31-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar