Azərbaycanın daha bir millisi Avropa çempionu oldu

11 İyul 2022 02:40 Güləş 828
Azərbaycanın daha bir millisi Avropa çempionu oldu

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-20 yığmaları arasınad da Avropa çempionatı baş tutub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında ölkəmizi turnirdə 6 güləşçi təmsil edib.

70 kq-da mübarizə aparan Rübail İbrahimli və Hüseyn Əliyev finala çıxıb. Burada isə Rübail Hüseyni məğlub edərək qızıl medala sahib çıxıb.

80 kq-da Fərid Yusifov gümüş, Anar Cəfərli isə bürünc medala sahib çıxıb.

Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (90 kq) isə Avropa çempionu adını qazanıblar.

3 qızıl, 2 gümüş və 1 bürünc medalla Azərbaycan komanda hesabında 95 xal toplayaraq Avropa çempionu olub. Yunanıstan (58) ikinci, Moldova (37) isə üçüncü yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?