Azərbaycan millisi Avropa çempionu oldu - FOTO

8 İyul 2022 03:50 Güləş 1 387
Azərbaycan millisi Avropa çempionu oldu - FOTO

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında ölkəmizi qitə birinciliyində təmsil edən 4 güləşçi uğurlu çıxış edərək maksimum nəticəyə imza atıb.

Belə ki, Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Avropa çempionu olublar.

Möhtəşəm çıxış komanda hesabında da öz sözünü deyib. 100 xal toplayan Azərbaycan Avropa çempionu olub. Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.

İiyulun 8-də U-20 yaş qrupu üzrə Avropa çempionatı keçiriləcək

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar