Kimlərdən geri qaldıq?

4 İyul 2022 03:10 Güləş 527
Kimlərdən geri qaldıq?

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qadın güləşi üzrə yarış başa çatıb.

Sportinfo.az xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında cəmi 6 güləşçiylə yollanan millimiz uğurlu çıxış edib.

Belə ki, təmsilçilərimizdən 4-ü fəxri kürsüyə qalxıb.

Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) Avropa çempionu olmaqla bu növdə gənclər arasında qitə birinciliyində 7 illik qızıl medal həsrətinə son qoyublar.

Eyni zamanda, Əsmər Canqurtaranla (50 kq) Mərziyə Sadıqovanın (72 kq) bürünc medal əldə etməsi daha 2 nəticənin yaxşılaşdırılmasıyla əlamətdar olub.

Belə ki, gənclər arasında 2 qızıl, 2 bürünc medal Azərbaycan qadın güləşində medalların əyarına görə yeni rekorddur. Komanda hesabında yığmamız 92 xal toplayıb ki, bu da millimiz üçün rekord nəticədir.

Beləliklə, qızlardan ibarət komandamız Romada cəmi 6 güləşçiylə təmsil olunmasına baxmayaraq, 2 rekordunu yeniləyib.

Azərbaycan bu növdə komanda hesabında 5-ci yeri tutub. Ölkəmiz Ukrayna (169), Türkiyə (151), Almaniya (117) və Polşadan (102) geri qalıb.

Digər Xəbərlər
Xəbər Lenti