Azərbaycanlı qadın Avropanı fəth etdi

1 İyul 2022 01:10 Güləş 704
Azərbaycanlı qadın Avropanı fəth etdi

Azərbaycanın iki qadın güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Elnurə Məmmədova 55 kq çəki dərəcəsində qızıl, Əsmər Canqurtaran isə 50 kq çəkidə bürünc medala sahib olub.

Məmmədova ilk görüşündə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb - 7:0. O, daha sonra həm macarıstanlı Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri "tuşe" ilə üstələyərək finala yüksəlib.

Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış Türkiyə təmsilçisi Tuba Demir olub. Demir üzərində 10:1 hesablı qələbə qazanan Məmmədova Avropa çempionu olub.

Canqurtaran debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib.

Azərbaycan təmsilçisi bu qələbələrin hamısını "tuşe" ilə əldə edib.

Yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı yarımfinalda türkiyəli Şevval Çayıra uduzsa da, bürünc medal uğrunda görüşdə isveçrəli Svenya Yunqonu yenməyi bacarıb - 16:11.

İyulun 1-də Birgül Soltanova (62 kq) final, Mərziyə Sadıqova (72 kq) isə bürünc medal görüşünə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti