Yığmamızdan 6 qızıl, 1 gümüş və 2 bürünc - Avropa çempionatında

21 İyun 2022 01:30 Güləş 631
Yığmamızdan 6 qızıl, 1 gümüş və 2 bürünc - Avropa çempionatında

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının son günündə Azərbaycan sərbəst güləş komandası daha 4 medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Sadiq Hüseynov (45 kq) və Elman Ağayev (51 kq) Avropa çempionu olublar,

Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzov (71 kq) isə bürünc medala layiq görülüblər.

Bununla da, milli komandanın medallarının sayı 9-a çatıb. Yığmamız Avropa çempionatını 6 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti