Dünya Seriyasında çıxış edəcək Azərbaycan yığmasının üzvləri - ADLAR

27 May 2022 10:20 Güləş 900
Dünya Seriyasında çıxış edəcək Azərbaycan yığmasının üzvləri - ADLAR

Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının Türkiyənin Sarıgerme qəsəbəsində keçiriləcək Dünya Seriyasının ilk mərhələsi üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 28-29 mayda təşkil olunacaq yarışda 4 çəki dərəcəsi üzrə 5 idmançı mübarizə aparacaq.

Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Rübail İbrahimli, Ramiz Həsənov (hər ikisi 70 kq), Omid Kamaliagdam (80 kq), İbrahim Yusubov (90 kq) və Camal Feyziyev (+90 kq) qüvvəsini sınayacaq.

Reqlamentə əsasən, iştirakçılar əvvəlcə qrup mərhələsində yarışacaqlar. Daha sonra yarımfinal və final görüşləri olacaq. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Dünya Seriyasının ilk mərhələsində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar