"Onların davranışları düzgün olmasa, gənclərimiz idmandan küsərlər"

17 Aprel 2022 20:20 Güləş 569
"Onların davranışları düzgün olmasa, gənclərimiz idmandan küsərlər"

"Bizim Rafiq Hüseynov kimi idmançılara ehtiyacımız var".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov haqda deyib.

O bildirib ki, titullu idmançı haqqında çox danışmaq olar:

"Demək olar ki, hər yarışdan medalları var. Dünya və üçqat Avropa çempionumuzdur. Medal qazanmadığı yarış yoxdur.

Eyni zamanda çox yaxşı və qabiliyyətli insandır. Valideynlərinə belə bir övlad yetişdirdiklərinə görə minnətdarlığımı bildirmək istəyirəm.

İdmançılarımız öz davranışları ilə gənclərə nümunə olmalıdır. Necə ki, Rafiq bunu edir. İdmançıların davranışları düzgün olmasa, gənclərimiz idmandan küsərlər".

Digər Xəbərlər
Xəbər Lenti