Yığmamızın vaxtından əvvəl rütbə alan aparıcı siması: “Mənə yeni vəzifə də verilib” - VİDEO

17 Aprel 2022 02:50 Güləş 571
Yığmamızın vaxtından əvvəl rütbə alan aparıcı siması: “Mənə yeni vəzifə də verilib” - VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Mərkəzi Ordu İdman Klubunun təmsilçisi, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovla görüşüb.

Sportinfo.az xəbər verir ki, general-polkovnik K.Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından idmançımızı qələbə münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş Qərargah rəisi dünyanın aparıcı idman ölkələri sırasında respublikamızın xüsusi yerinin olmasını qeyd edərək bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də yüksək nailiyyətlərin əldə edilməsinin və qazanılan uğurların məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısının göstəricisi olduğunu xüsusi vurğulayıb.

Görüşün sonunda general-polkovnik K.Vəliyev baş leytenant Rafiq Hüseynova vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrini çatdıraraq güləşçimizi təbrik edib, ona "kapitan" poqonlarını və qiymətli hədiyyə təqdim edib.

“Müdafiə Nazirliyinin məni qəbul edəcəyini sentyabrda keçiriləcək Serbiyadakı dünya çempionatından sonra gözləyirdim.

Çünki bildiyiniz kimi, hazırda nazirliyin işi çox gərgindir və mən də bunu anlayışla qəbul edirdim. Amma Avropa çempionatından sonra qəbul edilməyim məni təəccübləndirdi”.

Bunu oxu.az-a yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynov deyib.

Rafiq Hüseynov bildirib: “Məni cənab nazir Zakir Həsənov qəbul etməliydi. Ancaq o, Müşavirədə olduğu üçün Baş Qərargah rəisi Kərim Vəliyevin qəbulunda oldum.

O da mənə cənab nazirin adından vaxtından əvvəl kapitan rütbəsini verdi. Sevinirəm ki, işimə böyük dəyər verilir”.

İdmançımız bildirib ki, ona rütbəsinə uyğun olaraq yeni vəzifə də verilib:

“Mən bunadək MOİK-in baş leytenantı idim. Kapitan rütbəsinə uyğun olaraq mənə yeni vəzifə də verilib. İnşallah, bunu mənə yaxın günlərdə deyəcəklər.

Baş Qərargah rəisi mənə dedi ki, kapitanlıqdan da yuxarı rütbələrə qalxmalı və daha da irəli getməliyəm.

Çünki biz idmançılar Orduda idmanın yüksəlişi üçün işlər görürük və bütün bu işlər də cənab nazirin nəzarəti altında həyata keçirilir”.

Digər Xəbərlər
Xəbər Lenti