General Hacıya vaxtından əvvəl kapitan rütbəsi verdi

16 Aprel 2022 17:20 Güləş 449
General Hacıya vaxtından əvvəl kapitan rütbəsi verdi

Azərbaycanın üçqat dünya və üçqat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib.

Sportinfo.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu barədə müvafiq əmr imzalayıb.

Bundan əlavə, DSX rəisinin digər əmri ilə Firdovsi Umudova polkovnik rütbəsi verilib.

Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, Tokio-2020 olimpiadasının gümüş mükafatçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti