"Var gücümüzlə çalışacağıq ki, kubok Bakıda qalsın, buradan qırağa getməsin"

14 Aprel 2022 02:10 Güləş 548
"Var gücümüzlə çalışacağıq ki, kubok Bakıda qalsın, buradan qırağa getməsin"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüşdə yer alan yunan-Roma güləşi üzrə ikiqat Avropa Çempionu və dünya çempionu Eldəniz Əzizli bunları deyib:

"Möhtərəm Prezident, mən də yunan-Roma güləşi milli komandası adından bizim qazandığımız qələbələri yüksək qiymətləndirdiyiniz üçün Sizə öz minnətdarlığımızı bildiririk.

Bildiyiniz kimi, Budapeştdə keçirilən Avropa çempionatında yarışa qatılan 10 idmançımızdan 8-i medalla Vətənə qayıtdı. Onlardan iki qızıl medal, bir gümüş və beş bürünc medalla ümumilikdə 165 xal toplayaraq yunan-Roma güləşi tarixində yeni bir rekorda imza atdıq.

İlk dəfə idi ki, yunan-Roma güləşi millimiz komanda hesabında Avropa çempionu oldu. Həqiqətən də bu yarış bizim üçün rekordlarla əlamətdar bir yarış oldu.

Cənab Prezident, sizin idmana və idmançılara göstərdiyiniz diqqət və qayğı bizi həvəsləndirir, gələcək yarışlara daha da ruhlandırır.

Bildiyiniz kimi, noyabrın 5-6-da Bakıda yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Biz ilk dəfə 2015-ci ildə İran İslam Respublikasının Tehran şəhərində dünya kubokunun sahibi olmuşduq.

Artıq son qələbəmizdən 7 il keçir. Düşünürəm ki, İnşallah biz idmançılar əlimizdən gələni etməyə çalışıb 7 i

ldən sonra qazandığımız parlaq qələbəni Bakıda təkrarlayacağıq və var gücümüzlə çalışacağıq ki, kubok Bakıda qalsın, Bakıdan qırağa getməsin. Bizi qəbul etdiyiniz üçün bir daha Sizə öz minnətdarlığımızı bildiririk. Diqqətiniz üçün sağ olun.

Prezident İlham Əliyev Əzizlinin görkəmli idmançılarımızdan olduğunu əlavə edib:

"Sağ ol, çox sağ ol. Eldəniz də bizim görkəmli idmançılarımızdandır, ikiqat dünya çempionu, Avropa çempionu. Ona görə əminəm ki, gələcəkdə də bizi sevindirəcək".

Digər Xəbərlər
Xəbər Lenti