Federasiyada növbədənkənar iclas - İcraiyyə Komitəsinin yeni tərkibi formalaşdı

9 Aprel 2022 23:00 Güləş 399
Federasiyada növbədənkənar iclas - İcraiyyə Komitəsinin yeni tərkibi formalaşdı

Azərbaycan Güləş Federasiyasının (AGF) növbədənkənar ümumi yığıncağı keçirilib.

Sportinfo.az xəbər verir ki, federasiyasının prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib.

Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə (İK) yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov və Vasif Məmmədov İK-ya üzv seçilib.

Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:

1. Mikayıl Cabbarov - Azərbaycan Güləş Federasiyasının prezidenti

2. Namiq Əliyev - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

3. Namiq Abdullayev - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

4. Fərid Mansurov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

5. Vasif Məmmədov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

İK-nın yeni üzvü Vasif Məmmədov daha öncə Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!