Ermənini döşəyə çırpan Əliabbas finalda! - FOTO

6 Noyabr 2021 10:00 Güləş 588
Ermənini döşəyə çırpan Əliabbas finalda! - FOTO

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib.

Əliabbas Rzazadə debütdə Almaniya təmsilçisinə qalib gəlib. Rzazadə daha sonra Tacikistan güləşçisinə aman verməyib.

1/4 finalda Ermənistan güləşçisini üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Hindistan idmançısıyla olduqca gərgin mübarizə şəraitində keçən görüşdə isə xalların keyfiyyəti Əliabbası finala daşıyıb.

Zirəddin Bayramov rəqibi xalçaya çıxmadığı üçün güləşmədən ikinci mərhələyə yüksəlib. Bayramov ikinci görüşdə ABŞ təmsilçisinə gücünü göstərib. Ancaq 1/4 finalda rusiyalı rəqibinə uduzub. Zirəddin noyabrın 6-da təsəlliverici görüşə çıxacaq.

Murad Yevloyev startda ukraynalı həmkarını üstələyib. Gürcüstan pəhləvanını "tuşe" ilə mübarizədən kənarlaşdıran Yevloyev 1/4 finalda Tacikistan güləşçisinə qalib gəlib.

Ancaq yarımfinalda bir ay əvvəl Osloda böyüklər arasında dünya çempionatında gümüş medal qazanmış Qırğızıstan idmançısına məğlub olub.

Əşrəf Aşırov təsnifat mərhələsində Monqolustan idmançısından güclü olub. Aşırov 1/8 finalda Ukraynadan olan rəqibini məyus edib.

Əşrəf 1/4 finalda İsveçrədən olan həmkarına heç bir şans tanımayıb. Ancaq yarımfinalda Rusiya təmsilçisi keçilməz olub. İslam İlyasov debütdə rusiyalı rəqibinə məğlub olub.

57 kq
Təsnifat: Əliabbas Rzazadə - Niklas Steşele (Almaniya) 5:1
1/8 final: Əliabbas Rzazadə - Məhəmməd İkramov (Tacikistan) 10:1
1/4 final: Əliabbas Rzazadə - Manvel Xndzrtsyan (Ermənistan) 9:5
1/2 final: Əliabbas Rzazadə - Saurab İqave (Hindistan) *10:10
Final: Əliabbas Rzazadə - Bekbolot Mirzənəzər Uulu (Qırğızıstan)

65 kq
Təsnifat: Zirəddin Bayramov - Süleyman Karqbo (Sierra Leone) +:-
1/8 final: Zirəddin Bayramov - Domonik Demas (ABŞ) 6:3
1/4 final: Zirəddin Bayramov - İbrahim Abdurrəhmanov (Rusiya) 1:3
Təsəlliverici görüş: Zirəddin Bayramov - Kolin Realbuto (İtaliya)/Abbas Rəhmanov (Özbəkistan)

70 kq
Təsnifat: Murad Yevloyev - Denis Borohan (Ukrayna) 6:1
1/8 final: Murad Yevloyev - Giorgi Elbakidze (Gürcüstan) 12:3 (tuşe)
1/4 final: Murad Yevloyev - Mustafa Əhmədov (Tacikistan) 3:0
1/2 final: Murad Yevloyev - Ernazar Almataliyev (Qırğızıstan) 8:12
Bürünc medal görüşü: Murad Yevloyev - Xristos Xristoforidis (Yunanıstan)/Əliəkbər Fazlixalili (İran)

79 kq
Təsnifat: Əşrəf Aşırov - Batzul Damjin (Monqolustan) 5:1
1/8 final: Əşrəf Aşırov - Valentin Babiy (Ukrayna) 10:4
1/4 final: Əşrəf Aşırov - Tanquy Darbellay (İsveçrə) 10:0
1/2 final: Əşrəf Aşırov - Maqomed Maqomayev (Rusiya) 0:4
Bürünc medal görüşü: Əşrəf Aşırov - Hammam Abuşnaina (Fələstin)/Əli Bəxtiyar Savadkuhi (İran)

97 kq
1/8 final: İslam İlyasov - Şamil Hacıəliyev (Rusiya) 1:6

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda