"Qardaşım nə karyerasını bitirəcək, nə də müqaviləsini ləğv edəcək"

11 Noyabr 2021 22:00 Fransa 689
"Qardaşım nə karyerasını bitirəcək, nə də müqaviləsini ləğv edəcək"

PSJ-nin futbolçusu Serxio Ramosun meneceri və qardaşı Rene Ramos açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Rene qardaşının Paris klubundan göndəriləcəyi ilə bağlı çıxan iddialar haqda bunları deyib:

“Ramos həssas dönəmlərdən keçir. Yaxın zamanda qayıdacaq və komandasını layiqincə təmsil edəcək.

Ramos nə karyerasını bitirəcək, nə də müqaviləsini ləğv edəcək. Ona qarşı heç bir şübhə yoxdur. Noyabrın sonlarında yaşıl meydanlara qayıdacaq. Komandasına kömək etməyi çox istəyir”.

Ramos bu yay PSJ ilə müqavilə imzalayıb. 35 yaşlı müdafiəçi Paris klubunda debüt etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!