"Xocavənd" "Qubadlı" ilə, "Ağdam" "Suqovuşan"la - Zəfər Kubokunda yarımfinal cütləri

23 May 2022 18:40 E-Topaz 605
"Xocavənd" "Qubadlı" ilə, "Ağdam" "Suqovuşan"la - Zəfər Kubokunda yarımfinal cütləri

İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda bu gün qrup mərhələsinin son görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında III turun 4 qarşılaşması oynanılıb.

Beləliklə, qarşılaşmaların nəticələrini sizə təqdim edirik...
Zəfər Kuboku
22 may
A qrupu
"Füzuli" - "Xocavənd" - 0:9
Qollar:
Sərxan İbrahimoğlu (6), Ümid Süleymanov (2), Tural Məmmədli
B qrupu
"Suqovuşan" - "Xocalı" - 2:1
Qollar:
İlkin Əhmədov, Nurşən Quliyev - Vəfadar Əliyev
C qrupu
"Laçın" - "Qubadlı" - 3:2
Qollar:
Məğrur Salmanov (2), Akif Ulucay - Elcan Məmmədli, Rəşad Şükürov
D qrupu
"Zəngilan" - "Xankəndi" - 0:9
Qollar:
Rüstəm Allahverdiyev (4), Məsim Məsimzadə (4), Emin Səfərov

Mayın 28-də keçiriləcək yarımfinal oyunlarında isə "Xocavənd" "Qubadlı" ilə, "Ağdam" "Suqovuşan"la görüşəcək.

"Təşkilatçılara belə yarış keçirdikləri üçün minnətdarlığımı bildirirəm. Artıq ikinci ildir ki, bu turnir təşkil olunur", - bunu gənclər və idman naziri Fərid Qayıbov Zəfər Kuboku barədə danışarkən deyib.

B qrupunda "Suqovuşan" və "Xocalı" komandaları arasındakı matçı izləyən nazir turnirin futbolun təbliğatı baxımından önəmli olduğunu bildirib:

"Çünki burada idman jurnalistlərimiz oynayırlar və digər təşkilatlara yaxşı nümunə olurlar. Sizə həmişə idmanda olmağınızı arzu edirəm".

Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Huner Group"un sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.

Xəbər Lenti