Futbol Federasiyasının prezidenti koronavirusdan öldü

6 Avqust 2020 16:28 Dünya futbolu 1 055
Futbol Federasiyasının prezidenti koronavirusdan öldü

Venesuela Futbol Federasiyasının (FVF) prezidenti Xesus Berardinelli dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi saytı məlumat yayıb.

62 yaşlı funksioner yerləşdirildiyi paytaxt xəstəxanalarından birində vəfat edib.

"Globoesporte" nəşri Berardinellinin koronavirusdan öldüyünü yazıb. Bu, Cənubi Amerikada eyni infeksiyadan ölən ikinci federasiya prezidentidir.

Berardinellidən əvvəl Boliviya Futbol Federasiyasının rəhbəri Sesar Salinas eyni səbəbdən dünyasını dəyişib. Xesus Berardinelli bu ildən federasiyaya başçılıq edirdi. O, bu vəzifədə Laureno Qonsalesi əvəzləmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu