Aleksandr İsak "Borussiya"dan "Real Sosyedad"a keçdi

15 İyun 2019 00:40 Dünya futbolu 171
Aleksandr İsak "Borussiya"dan "Real Sosyedad"a keçdi

Dortmund "Borussiya"sı bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, hücumçu Aleksandr İsak karyerasını İspaniyada davam etdirəcək.

İsveç yığmasının üzvü "Real Sosyedad"a keçib. San-Sebastyan klubu 20 yaşlı forvardla müqavilə imzalandığını açıqlayıb.

Yeni komandası ilə 5 illik sözləşməyə qol çəkən İsakın transferi "Borussiya"ya 6,5 milyon avro qazandırıb.

Aleksandr İsak ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Villem II"də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!