Bölgə klubunun dərdi başından aşır - Rəhbərdən etinasız münasibət!

21 İyun 21:00 Azərbaycan Futbolu 336
Bölgə klubunun dərdi başından aşır - Rəhbərdən etinasız münasibət!

"Karvan" 16 ildən sonra Premyer Liqada çıxış edəcək.

Amma bu uğuru sabitliyə daşımaq çətin görünür.

Çünki bölgə komandası faktiki dəstəksiz qalıb.

Ehtimal edilirdi ki, elitaya qayıdışdan sonra rəhbərlik əlavə büdcə ayıracaq.

Amma əlavə büdcədən səs-səmir yoxdur.

Dərd bununla bitsə yaxşıdır...

Bilirik ki, "Karvan"ın infrastrukturla bağlı ciddi problemi var.

Əsas və ehtiyat meydançanın örtüyü dəyişdirilməli, inzibati otaqlar təmir edilməlidir.

Bütün bunlar isə təxminən 700 min manat xərc tələb edir.

Rəsmilər bu qədər pulu ayrılacaq 2.5 milyon manatlıq dövlət datasıyasından xərcləməyi düşünür.

Bu isə o deməkdir ki, əsas komandanın formalaşması üçün çox aşağı məbləğ qalacaq.

Belədə Liqada qalmaq gücündə kollektiv hazırlamaq belə baş məşqçi Kənan Kərimova asan olmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!