“Qarabağ” tanınmış hucumçunun transferindən niyə İMTİNA EDİB?

16:00 Qarabağ 1 993
“Qarabağ” tanınmış hucumçunun transferindən niyə İMTİNA EDİB?

"Kocaelispor" hücum xəttini tanınmış oyunçu ilə gücləndirib.

Yeni mövsümdən Superliqada çıxış edəcək klub Zaqreb "Dinamo"sundan ayrılan Bruno Petkoviçi heyətinə qatıb.

30 yaşlı forvard Xorvatiya millisinin üzvüdür. O, ötən mövsüm "Dinamo"nun heyətində 26 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, xorvatiyalı qolçu Türkiyə ilə yanaşı, Azərbaycandan təklif alıb. «Qarabağ»ın ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsində ona 3 qol vuran Petkoviçə dəvət göndərdiyi bildirilir.

Bu xəbərin həqiqətlə arasının olub-olmamasını dəqiqləşməyə çalışmışıq.

Əldə etdiyimiz bilgiyə görə, Azərbaycan çempionu adıçəkilən hücumçu ilə maraqlanıb, şərtlərini öyrənib. Ancaq onunla danışıqlar aparılmayıb.

Petkoviçin illik maaş tələbinin 1 milyon avronu keçməsi «köhlən atlar»ı geri çekilməyə məcbur edib. Qurban Qurbanov komandasında maaş balansının pozulmasını istəmədiyi üçün balkanlı legionerə iddiasını geri götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti