“Qarabağ”a bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”

20:20 Qarabağ 165
“Qarabağ”a bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”

Pedro Bikalyo "Qarabağ"ın hədəflərinə çatmasında pay sahibi olmaq istəyir.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə klubun mtəbuat xidmətinə danışıb:

O, komandanı daha əvvəl də tanıdığını söyləyib:

"Qarabağ"ı Avropadakı çıxışlarına görə tanıyırdım. Təklif aldıqdan və danışıqlara başlayandan sonra dərhal klubla bağlı geniş araşdırma apardıq, daha ətraflı məlumat topladıq.

Şahidi olduğumuz mənzərə bizi çox sevindirdi. Öncədən klub barədə belə məlumatlı deyildik.

"Qarabağ" regionun ən böyük klubudur, ölkə daxilində ardıcıl uğurlar əldə edir, avrokuboklarda yaddaqalan nəticələrə imza atır. Bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”.

Ağdam təmsilçisi 24 yaşlı dayaq yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalayıb. O, "köhlən atlar"da 35 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib. O, başa çatan mövsümdə "Alverka"nın heyətində 35 oyuna çıxaraq 2 qol vurub.

“Qarabağ” daha öncə Dani Boltu transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti