"Qarabağ" rəhbərliyi Türkiyənin idman nazirinin müavini ilə görüşdü

13:40 Qarabağ 89
"Qarabağ" rəhbərliyi Türkiyənin idman nazirinin müavini ilə görüşdü

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci ilə görüşüblər.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Tədbir qonaqların Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarəti çərçivəsində baş tutub.

Görüşdə TÜİB-in sədri Hüseyin Büyükfırat, idarə heyətinin üzvləri, Milli Məclisin deputatı Naqif Həmzəyev də iştirak ediblər. Müxtəlif mövzuları müzakirə edən tədbir iştirakçıları qarşılıqlı əməkdaşlıq imkanları və digər proqramların təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Enes Eminoğluna Ağdam klubunun forması hədiyyə olunub.

Digər Xəbərlər
Xəbər Lenti