"Qarabağ”dan ayrılan legionerdən şübhəli paylaşım - VİDEO

21 İyun 21:20 Qarabağ 1 247
"Qarabağ”dan ayrılan legionerdən şübhəli paylaşım - VİDEO

Patrik Andrade “Qarabağ”dan ayrılsa da, bir gözü Azərbaycandadır.

Kabo-Verdedən olan yarımmüdafiəçi “instagram” hesabında maraqlı və bir o qədər də şübhəli paylaşımla diqqət çəkib.

Sabiq “Qarabağ”lı Azərbaycan Premyer Liqasında vurulan baxımlı qollardan birini “hekayə” bölməsində izləyicilərinə təqdim edib.

Söhbət cari mövsümün III turunda “Sumqayıt”la “Səbail” arasında baş tutan görüşdə vurulan ilk qoldan gedir.

Hesab 0:0 olarkən Kamran Quliyev Roy Kehatın ideal ötürməsini ustalıqla qəbul edərək qapıçını keçmiş və topu qapıya göndərmişdi. Bu epizodda futbol adına gözəllik Kamranın rəqib qolkiperi topu sanki ayağına bağlayaraq keçməsidir.

Patrikin 10 ay əvvəl vurulan qolu sosial şəbəkə hesabında indi paylaşması istər-istəməz sual və şübhə doğurur.

HƏBİB / SPORTİNFO.AZ

Legioneri heyran edən həmin qolu aylar sonra bir daha izləyin.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!