Onun hərəkətinə əsəbiləşdi: “Mən dəliyəm və sənin dərsini verərəm!”

21 İyun 01:40 Dünya çempionatı 445
Onun hərəkətinə əsəbiləşdi: “Mən dəliyəm və sənin dərsini verərəm!”

“İnter”in müdafiəçisi Françesko Açerbi ABŞ-da keçirilən Klublararası dünya çempionatı zamanı PSJ azarkeşinin hərəkətinə əsəbiləşib.

Avtoqraf sessiyası zamanı parislilərdən biri onu təhrik edərək, “Açerbi – Barkola” deyə, qışqırmağa başlayıb.

Azarkeş bu yolla son mövsümdə UEFA Çempionlar Liqasının finalında PSJ-nin futbolçusu Bredli Barkolanın Açerbini keçərək, qol vəziyyəti yaratmasını və “İnter”in 0:5 hesabı ilə məğlub olmasını xatırladıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçunun cavabı sərt olub:

“Mən ciddi adamam və məsxərəyə qoyulmağı xoşlamıram. Sən mənə “Açerbi – Barkola” deyirsənsə, bu, düzgün deyil. Mən dəliyəm və sənin dərsini verərəm!”

Açerbi daha əvvəl ötən günlərdə istefa verən İtaliya millisinin baş məşqçi Luçano Spallettinin hörmətsiz münasibətinə görə yığma komandaya çağırışından imtina etmişdi.

37 yaşlı müdafiəçi ötən mövsüm A Seriyasında 23 oyunda iştirak edib, Çempionlar Liqasında isə 9 matçda meydana çıxaraq, yarımfinalda “Barselona”nın qapısına qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu