FİFA daxilində narazılıq yarandı - ABŞ prezidenti ilə bağlı

01:30 Dünya futbolu 74
FİFA daxilində narazılıq yarandı - ABŞ prezidenti ilə bağlı

FİFA daxilində ABŞ prezidenti Donald Trampa “sülh mükafatı”nın təqdim edilməsi birmənalı qarşılanmayıb.

Mükafat 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı verilsə də, təşkilatın bütün nümayəndələri bu qərarı müsbət qiymətləndirməyib.

Sportinfo.az FİFA strukturlarındakı mənbəyə istinadən xəbər verir ki, təşkilatda orta və yüksək vəzifə tutan bir sıra funksionerlər bu addımdan narahatlıq keçiriblər.

Xüsusilə, mükafatın hansı meyarlara əsasən təqdim edildiyi barədə ictimaiyyətə açıqlama verilməməsi anlaşılmazlıq yaradıb.

Bundan başqa, ABŞ-ın mərasimdən sonra qəbul etdiyi xarici siyasət qərarları fonunda FİFA daxilində narazılıq daha da artıb.

FİFA prezidenti Canni İnfantino siyasi cəhətdən həssas məsələlərdə qərarları çox vaxt təkbaşına verməyə meyllidir.

Digər funksionerlər isə bu cür mövzulardan uzaq durmağa çalışırlar, çünki bunun təşkilatın reputasiyasına zərər verə biləcəyindən ehtiyat edirlər. FİFA əməkdaşlarının əksəriyyəti diqqəti yalnız idman aspektinə yönəltməyə üstünlük verir.

Donald Tramp son vaxtlar sosial mediada da diqqət mərkəzindədir. ABŞ prezidenti süni intellekt vasitəsilə Kriştiano Ronaldo ilə futbol oynadığı bir video da paylaşıb və bu video geniş müzakirələrə səbəb olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO