“Ronaldo 40 yaşında hələ də insanları təəccübləndirir”

22:00 Dünya futbolu 118
“Ronaldo 40 yaşında hələ də insanları təəccübləndirir”

Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Nani yığmanın və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqqında danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 40 yaşlı futbolçunun yaşına baxmayaraq, hələ də insanları təəccübləndirdiyini söyləyib:

“Ronaldo heç vaxt təslim olmur. Onu bütün dövrlərin ən yaxşılarından biri edən də elə budur.

Ronaldo 40 yaşında hələ də insanları təəccübləndirir, amma əlbəttə ki, məni yox. Ümid edirəm ki, o, öz səviyyəsini qoruyub saxlayır və 2026-cı il dünya çempionatında Portuqaliya millisinin vacib bir hissəsi olacaq.

Onu AÇ-2028-də də görmək istərdim. Belə bir turnirdə 43 yaşında oynaya biləcək biri varsa, bu, Ronaldodur”.

2026-cı il dünya çempionatı bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti