Bu ölkədə milli komandanın fəaliyyəti dayandırıldı

10:40 Dünya futbolu 165
Bu ölkədə milli komandanın fəaliyyəti dayandırıldı

Qabon yığmasının texniki heyəti, məşqçiləri buraxılaraq fəaliyyəti ikinci bildirişə qədər dayandırılıb.

Sportinfo.az Afrika mətbuatına istinadən xəbər verir ki, buna komandanın Mərakeşdə təşkil edilən Afrika Millətlər Kubokundakı uğursuzluğu səbəb olub.

Bu barədə ölkənin idman işləri üzrə səlahiyyətli naziri Simplis – Dezir Mambula elan verib. O, həmçinin iki aparıcı oyunçunun – Bruno Ekuele Manqa və Pyer-Emerik Obameyanqın komandadan kənarlaşdırıldığını bildirib.

F qrupunda Fil Dişi Sahili, Kamerun və Mozambiklə mübarizə aparan Qabon millisi qrup mərhələsində keçirdiyi bütün oyunlarda məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti