Müqaviləsi bitən tanınmış futbolçu indi yeni klub axtarışındadır

1 Yanvar 20:50 Dünya futbolu 1 129
Müqaviləsi bitən tanınmış futbolçu indi yeni klub axtarışındadır

Son olaraq Meksikanın “Leon” klubunda forma geyinən yarımmüdafiəçi Xames Rodriges başqa komandaya keçə bilər.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, Şimali Amerikanın bir neçə klubu kolumbiyalı futbolçunu transfer etməkdə maraqlıdır.

Yarımmüdafiəçinin “Leon”la müqaviləsinin müddəti bitdiyindən, yeni klubuna azad agent kimi keçəcək.

Rodriges bu mövsüm 14 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti