Premyer Liqa təmsilçisi sabiq futbolçusunu geri qaytardı

12:45 Dünya futbolu 100
Premyer Liqa təmsilçisi sabiq futbolçusunu geri qaytardı

“Brayton” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Paskal Qrossla müqavilə imzalayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, transferin maliyyə detalları açıqlanmasa da, tərəflər bütün formal məsələləri həll edib və keçid artıq yekunlaşmış hesab olunur.

Qross 2025/26 mövsümündə bütün turnirlərdə 16 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. Onun Dortmund klubu ilə müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədər idi.

34 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayında azad agent statusu qazanacaqdı.

Maraqlıdır ki, Qross 2024-cü ilin yayında məhz “Brayton”dan Dortmund “Borussiya”sına 7 milyon avro qarşılığında transfer olunmuşdu. İndi isə o, köhnə klubuna geri dönüb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır