“Yuventus” və “Barselona”nın sabiq ulduzu: “Artıq oynamayacam, karyeramı bitirdim”

31 Dekabr 2025 01:30 Dünya futbolu 582
“Yuventus” və “Barselona”nın sabiq ulduzu: “Artıq oynamayacam, karyeramı bitirdim”

“Yuventus” və “Barselona”nın sabiq yarımmüdafiəçisi Miralem Pyaniç peşəkar karyerasını başa vurduğunu elan edib.

Sportinfo.az xəbər verir ki, “Tuttosport” nəşrinə açıqlama verən bosniyalı futbolçu artıq yaşıl meydanlara vida etdiyini bildirib.

“Artıq oynamayacağam, karyeramı bitirdim. İndi Dubayda yaşayıram və artıq futbolçu deyil, övladımın atasıyam. Hazırda mənim üçün prioritet ailəmdir”, – deyə o söyləyib.

M.Pyaniç karyerası ərzində “Roma”, “Yuventus” və “Barselona” kimi nəhəng klubların formasını geyinib.

O, həmçinin 2021/2022 mövsümündə icarə əsasında Türkiyənin “Beşiktaş” klubunda çıxış edib. Yarımmüdafiəçinin son klubu BƏƏ-nin “Şarja” komandası olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!