Ərəbistan klubunu tərk edəcək - Portuqaliyalı yarımmüdafiəçi

22:00 Dünya futbolu 82
Ərəbistan klubunu tərk edəcək - Portuqaliyalı yarımmüdafiəçi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu yarımmüdafiəçisi Ruben Neveşi müqaviləni yeniləməyə razı sala bilməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı yeni müqavilə imzalamaqdan imtina edib və Avropaya geri dönməyə açıqdır.

Hazırda onun əsas namizədi uzun müddətdir maraq göstərən “Mançester Yunayted” hesab olunur.

28 yaşlı futbolçu 2023-cü ildə “Əl-Hilal”a keçərək, müddəti 3 il olan müqavilə bağlamışdı. O, cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti