PSJ “lotoreya”nı uddu, Qitələrarası kuboka sahibləndi - FOTO

01:30 Dünya futbolu 72
PSJ “lotoreya”nı uddu, Qitələrarası kuboka sahibləndi - FOTO

PSJ FIFA Qitələrarası kubokunun sahibi olub.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi Qətərin Əl-Rayyan şəhərindəki “Əhməd Bin Əli” stadionunda keçirilən həlledici görüşdə Braziliyadan “Flamenqo”nu üstələyib.

PSJ-nin vingeri Xviça Kvaratsxeliya 38-ci dəqiqədə hesabı açıb. “Flamenqo”nun yarımmüdafiəçisi Jorjinyo 62-ci dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (2:1) Luis Enrikenin baş məşqçisi olduğu kollektiv Qitələrarası Kuboka sahib çıxıb.

PSJ tarixində ilk dəfə Qitələrarası kuboka sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı