2025-ci ilin ən yaxşı məşqçisi adına layiq görüldü Luis Enrike

00:20 Dünya futbolu 57
2025-ci ilin ən yaxşı məşqçisi adına layiq görüldü  Luis Enrike

Luis Enrike PSJ ilə keçirdiyi tarixi mövsüm sayəsində FIFA tərəfindən 2025-ci ilin ən yaxşı məşqçisi adına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, ispan məşqçi finalda “İnter” üzərində 5:0 hesablı darmadağınla Fransa nəhənginə tarixində ilk Çempionlar Liqası kubokunu qazandırıb.

Bundan əlavə, PSJ daxili liqada da dominantlıq edərək Liqa 1 çempionluğunu, Fransa Kubokunu və Superkubokunu qazanıb. Enrikenin komandası beynəlxalq arenada da parlaq çıxış edib.

PSJ yeni formatda keçirilən Klublararası Dünya Çempionatının finalında məğlub olsa da, bu turnirdən əvvəl “Bavariya” və Madrid “Real”ı üzərində təsirli qələbələr qazanmışdı.

Qaliblər jurnalistlər və azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyən edilib. Bu ilin ən yaxşı futbolçusu isə PSJ-nin ulduzu Usman Dembele seçilib.

Digər Xəbərlər
Xəbər Lenti