“Liverpul”un sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubuna getdi

17 Dekabr 2025 10:20 Dünya futbolu 853
“Liverpul”un sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubuna getdi

“Seltik”in və “Liverpul”un sabiq baş məşqçisi Brendan Rocers karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin yeni klubu “Əl-Kadisiyə”dir.

Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məşqçi ilə müqavilənin imzalandığını rəsmi şəkildə açıqlayıb.

Rocers əvvəlki mövsümdə “Seltik”də çalışıb və komandanı ötən payızda tərk edib.

“Əl-Kadisiyə” hazırda Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 9 oyundan sonra 17 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü