"Qarabağ"ın rəqibi hücumçunu "Şaxtyor"dan icarəyə götürdü - FOTO

10:00 Dünya futbolu 229
"Qarabağ"ın rəqibi hücumçunu "Şaxtyor"dan icarəyə götürdü - FOTO

Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan "Benfika" növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, Lissabon təmsilçisi Georgiy Sudakovla anlaşıb.

22 yaşlı hücumçu Donetsk "Şaxtyor"undan icarəyə götürülüb. İcarə müddəti bitdikdən sonra portuqalların onu transfer etmək hüququ olacaq.

"Qarabağ”ın əsas püşkatmada ilk rəqibi "Benfika" olacaq.

Komandalar arasında görüş sentyabrın 16-da Lissabondakı Estadio do Benfika stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti