“Rusiya artıq bizi keçib” - Klub prezidenti Şevçenkonu tənqid etdi

30 Avqust 2025 22:00 Dünya futbolu 528
“Rusiya artıq bizi keçib” - Klub prezidenti Şevçenkonu tənqid etdi

Ukraynanın “İnquleç” klubunun prezidenti Aleksandr Povoroznyuk Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Şevçenkonu kəskin tənqid edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, indiyədək heç bir prezidentin dövründə bu qədər zəif nəticələr və təşkilati problemlərin olmadığını bildirib:

“Ukraynanın qadın yığması rəsmi oyuna gedə bilmədi, çünki vizalar vaxtında alınmadı. Çempionlar Liqasında Ukraynadan ümumiyyətlə, heç kim iştirak etmir.

UEFA reytinqində bizi artıq Rusiya keçib. Halbuki onlar ümumiyyətlə oynamır”.

O, həmçinin, bildirib ki, Şevçenko hazırkı vəzifəsində illik üç milyon avro məvacib alır. Bu isə ölkədə davam edən müharibə və ağır durum fonunda ciddi narazılıq doğurur.

2025/26 mövsümündə Çempionlar Liqasının liqa mərhələsinə Ukrayna klubu vəsiqə qazana bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!