“France Football” nəşri tərəfindən hər ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının qalibi məlum olub.
Sportinfo.az xəbər verir ki, mükafatın təqdimetmə mərasimi Parisdəki “Şatle” teatrında keçirilib.
2024-cü il "Qızıl top" mükafatına əsas namizəd "Real"dan Vinisius Junior olsa da, mükafatı İngiltərə millisinin və “Mançester Siti”nin üzvü Fil Foden qazanıb.
Vinisius Junior ikinci yeri tutub. Onun “Real”dakı komanda yoldaşı Cud Bellinqem isə üçüncü olub.
Ötən mövsüm Rodri “Mançester Siti”nin heyətində keçirdiyi 50 matçda 9 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
O, “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının və klublarası dünya çempionatının qalibi adını qazanıb. Rodri həmçinin İspaniya millisinin heyətində Avropa çempionu olub.
Rodri “Qızıl top”u qazanan sayca üçüncü ispan futbolçudur. Ona qədər “Real”ın sabiq hücumçusu Alfredo Di Stefano (1957, 1959) və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Luis Suares (1960) mükafatı qazanıblar.